Erməni separatçıları Bakıya müraciət etdi - Yenə Xocalıda görüşmək istəyirlər

Erməni separatçıları Bakıya müraciət etdi - Yenə Xocalıda görüşmək istəyirlər

Hazırda oxunan: Erməni separatçıları Bakıya müraciət etdi - Yenə Xocalıda görüşmək istəyirlər

130087

Qarabağdakı erməni separatçıları Rusiya sülhməramlılarının missiyası vasitəsilə Azərbaycan tərəfinə görüş keçirmək təklifi göndəriblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ruben Vardanyan sükutu pozdu: “Bakının təklif etdiyi inteqrasiya ...”


Mənbə yazır ki, separatçılar Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə humanitar məsələləri müzakirə etmək istəyir.

Görüş yeri kimi Rusiya sülhməramlılarının dislokasiya yeri olan Xocalı şəhəri təklif edilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidentinin administrasiyası iki dəfə Qarabağ ermənilərinə Bakıda görüş keçirməyi təklif etsə də, separatçılar bundan imtina ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO