İlham Əliyev Paşinyanla Vaşinqtonda görüşəcək? - Erməni mətbuatının İDDİASI

İlham Əliyev Paşinyanla Vaşinqtonda görüşəcək? - Erməni mətbuatının İDDİASI

Hazırda oxunan: İlham Əliyev Paşinyanla Vaşinqtonda görüşəcək? - Erməni mətbuatının İDDİASI

130079

Azərbaycan Prezidenti İlham Əliyev may ayının ikinci yarısında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilər.

Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistanın "Past" nəşri çıxış edib.

Mənbə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyi deyilmişdi.

Nəşr yazır ki, Avropa Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan başçıları ilə son söhbətlərində daim ölkələr arasında münasibətlərin tənzimlənməsinin vacibliyini vurğulamışdı.

Eyni zamanda, nəşrin məlumatında o da qeyd olunur ki, indi görünür onun təşəbbüsünü ABŞ-ın dövlət katibi Entoni Blinken "ələ keçirib". 

Vaşinqton platformasında danışıqların davam etdirilməsi bunun əyani sübutudur.

Qeyd edək ki, İlham Əliyev - Paşinyan görüşünün məhz ABŞ-da keçirilməsi xəbərinə rəsmi Bakı və rəsmi İrəvan münasibət bildirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO