“Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndər qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. “O, (Ulu Öndər Heydər Əliyev – red.) türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, türk dünyası birləşir”, - deyə İlham Əliyev vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:36 / 10.04.2023
Prezident: “Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”
Hazırda oxunan: Prezident: “Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”
Hazırda oxunan: Prezident: “Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”
130041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.