“Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin aprelin 10-da verdiyi şərhlə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
Mətbuat katibi qeyd edib ki, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir.
“Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, - deyə Ayxan Hacızadə vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:05 / 10.04.2023
Azərbaycan XİN-dən Nasir Kənaninin şərhinə CAVAB
Hazırda oxunan: Azərbaycan XİN-dən Nasir Kənaninin şərhinə CAVAB
Hazırda oxunan: Azərbaycan XİN-dən Nasir Kənaninin şərhinə CAVAB
129995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.