Paşinyanın ikibaşlı siyasətinin FİASKOSU – ABŞ Ermənistanı cəzalandırır?

Paşinyanın ikibaşlı siyasətinin FİASKOSU – ABŞ Ermənistanı cəzalandırır?

Hazırda oxunan: Paşinyanın ikibaşlı siyasətinin FİASKOSU – ABŞ Ermənistanı cəzalandırır?

129970

Mətbuatın yazdığına görə, ABŞ Müdafiə Nazirliyinin saytında “Defender 2023” təlimi ilə bağlı informasiyada Ermənistanın da adı iştirakçı ölkələr siyahısında olsa da, bir müddət sonra ABŞ Müdafiə Nazirliyi dəyişiklik edib və Ermənistan iştirakçılar siyahısından çıxarılıb. 

Pentaqon bunun “texniki səhv” olduğunu açıqlasa da, əksər siyasi şərhçilər ABŞ-ın bu addımının Ermənistana mesaj olduğu qənaətindədirlər.

Məlumdur ki, Ermənistan ikibaşlı oyun oynamağa çalışır. İrəvan Qərbin müttəfiq kimi davranmağa çalışır, həm də KTMT-də təmsil olunur. Düzdür, son zamanlar İrəvanla KTMT arasında münasibətlər müəyyən dərəcədə soyuyub. 

Görünür, Ermənistan bunu əsas götürməklə çalışıb ki, Qərbin təşkil etdiyi hərbi təlimlərdə də iştirak etsin. Lakin ABŞ-ın İrəvanın adını iştirakçıları siyahısından çıxarması istər-istəməz Ermənistanın cəzalandırılması anlamına gəlir. Vaşinqton bununla göstərmək istəyir ki, KTMT-nin üzvü olan ölkə Qərbin birgə təlimlərində iştirak edə bilməz. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, ABŞ-ın İrəvanı birgə hərbi təlimlərə qatılacaq ölkələr sıyahısından çıxarması Ermənistanın KTMT üzvü olması ilə bağlıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

“Caliber”: “Paşinyanın əyri güzgülər krallığı” - VİDEO 


“Bu isə o anlama gəlir ki, İrəvan ikibaşlı oyun oynaya bilməyəcək. Bununla Qərb İrəvandan KTMT-dən çıxmağı tələb edir. Çünki KTMT-nin üzvü olan ölkə ABŞ-la birgə təlimlərdə iştirak edə bilməz. Yalnız qurumdan çıxdığı halda Ermənistan Qərbin keçirdiyi birgə hərbi təlimlərə qatıla bilər. 

Digər tərəfdən, Moskva İrəvanın yadına salır ki, təhlükəsizlik məsələləri, hərbi hazırlıqlar, təlimlər KTMT-nin üzərindədir. Bu mənada Kreml İrəvanın KTMT-dən çıxmasına imkan verməyəcək. ABŞ isə son addımı ilə KTMT-dən çıxacağı halda, Ermənistanı təlimlərdə iştiraka dəvət edəcəyini, öz çətiri altına götürəcəyini bəyan edir”.  

Həmsöhbətimizin fikrincə, Qərb əvvəlki tək İrəvandan türk, İslam birliyinə qarşı mübarizədə alət olaraq istifadə etməkdə davam edir: 

“Qərb Ermənistanı cəzalandırmır. Məsələ tək onda deyil ki, Ermənistanın xaricdə proksi qüvvələri, diaspor təşkilatları var. Ermənistan-Azərbaycan qarşıdurmasında Qərb ilk gündən kollektiv surətdə çıxış edərək, Bakı və Ankaranı sıxışdırmağa çalışır. Ermənistanın “təşəbbüslərində” Qərb heç zaman İrəvanı tənqid etməyib, nə də ona “gözün üstə qaşın var” deməyib. Ya susur, ya da altdan-altdan onlara dəstək verirlər. 

Qərbin Ermənistana münasibətində həlim, hamar situasiya formalaşıb. Onlar bilərəkdən İrəvanı sığallayır, həm də pərdə arxasında onlara kömək edirlər. Türk, islam birliyində dağıdıcı rol oynaması üçün Ermənistandan əvvəlki tək alət kmi istifadə edirlər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO