Qazaxıstan və Azərbaycan prezidentləri dar tərkibdə nələri müzakirə edib?

Qazaxıstan və Azərbaycan prezidentləri dar tərkibdə nələri müzakirə edib?

Hazırda oxunan: Qazaxıstan və Azərbaycan prezidentləri dar tərkibdə nələri müzakirə edib?

129960

“Biz dar tərkibdə keçirilən danışıqlarda gündəliyimizdəki bir sıra aktual mövzuları ətraflı müzakirə etdik, dövlətlərimizin qarşılıqlı fəaliyyətində yeni yüksəliş nöqtələrini müəyyənləşdirdik, beynəlxalq strukturlar çərçivəsində dialoqun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq".

Bizim.Media qazax mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO


Onun sözlərinə görə bütün bu məqamlar bu gün imzalanacaq birgə bəyanatda yer alacaq.

"Əmin olduğumu bildirirəm ki, sizin Qazaxıstana səfəriniz böyük əhəmiyyət kəsb edir. Bu, şübhəsiz ki, ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin inkişafına güclü təkan verəcək”, - deyə Kasım-Jomart Tokayev əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gəlib, Prezident Qasım-Jomart Tokayevlə dar və geniş formatda görüşüb.

Liderlər səfər çərçivəsində mətbuata bəyanatla çıxış ediblər və bir sıra mühüm sənədlərə imza atıblar. 

Prezidentlər, həmçinin Astana şəhərində Heydər Əliyevin adını daşıyan küçənin açılışında iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO