Tehrandan Bakıya ardıcıl ZƏNGLƏR – İran səhvlərindən nəticə çıxarır?

Tehrandan Bakıya ardıcıl ZƏNGLƏR – İran səhvlərindən nəticə çıxarır?

Hazırda oxunan: Tehrandan Bakıya ardıcıl ZƏNGLƏR – İran səhvlərindən nəticə çıxarır?

129941

İranın Azərbaycanla münasibətlərdə yaratdığı gərginlik fonunda bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian aprelin 7 və 8-də iki dəfə ardıcıl olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

İki ölkə arasında münasibətlər İranın qeyri-konstruktiv mövqeyi üzündən son zamanlar olduqca gərgin fazada idi. Tərəflər yaşanan gərginlik fonunda az qala diplomatik münasibətlərin kəsilməsi həddinə yaxınlaşmışdılar. Belə bir məqamda İranın XİN rəhbəri ardıcıl olaraq iki dəfə əlaqə saxlamaqla azərbaycanlı həmkarı ilə danışıqlar aparır.

Görəsən, bu ardıcıl zənglər nəyə hesablanıb? 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, edilən ardıcıl zənglər İran-Azərbaycan münasibətlərinin gərgin olmasından daha çox itirən ölkənin məhz İranın özü olacağı reallığının Tehranda başa düşülməsinin nəticəsidir: 
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycana qarşı təxribatlarından niyə əl çəkmir? – TƏHLİL 


“Azərbaycan 44 gülük müharibədə qələbədən sonra mühüm siyasi konfiqurasiyaların və gələcəkdə formalaşacaq iqtisadi kommunikasiya layihələrinin mərkəzlərindən biri halına gəlib. Həmçinin, Bakı və Ankara tərəfindən irəli sürülən “3+3” platforması alternativ iqtisadi manevrlər üçün İrana da mühüm şərait yarada bilər. Hesab edirəm ki, Tehran bütün bunların fərqindədir. 
Sadəcə olaraq, ölkəni mənasız ideologiya ilə idarəetməyə çalışan mollakratiya Azərbaycanla həmrəyliyi artırmaq əvəzinə, Ermənistanla qardaşlıq edib, ölkəmizə qarşı çirkin fəaliyyət formaları həyata keçirir. İstənilən halda Tehran atdığı bu addımların özünə ziyan vurduğunu yaxşı başa düşür”. 

Həmsöhbətimizin fikrincə, İran xarici işlər naziri Azərbaycanla münasibətləri yaxşılaşdırmaqla bağlı verdiyi açıqlamada əsla səmimi deyil: 

“Daha əvvəl Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror hadisəsindən sonra İranın xarici işlər naziri səfərlik əməkdaşlarını ziyarət edib, passiv mesajlar vermişdi. Amma ondan sonra İranın təxribatları dayanmadı. Tehran Bakı ilə münasibətləri normallaşdırmaqda səmimidirsə, o zaman İran ərazisindən Azərbaycana qarşı informasiya terrorunu davam etdirənləri ölkəmizə təhvil verməlidir. Əks halda, bu zənglər də qeyri-səmimi olacaq. 

Azərbaycan hər halda İranla tam bloklanmış siyasət həyata keçirməyəcək. Əlaqələrin normallaşdırılması ilə bağlı danışıqların aparılması istənilən halda müsbət tendensiyanı ifadə edir.” 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO