Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib - Tokayev

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib - Tokayev

Hazırda oxunan: Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib - Tokayev

129938

“Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında çəkilən “Görkəmli ömür” sənədli filminin bu gün premyerası olacaq. Bu film bizim sifarişimizlə “Qazaxıstan” Teleradio Korporasiyası tərəfindən lentə alınıb”.

Bizim.Media qazax mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO


Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gəlib və Prezident Qasım-Jomart Tokayevlə görüşüb. 

Səfər çərçivəsində Qazaxıstan və Azərbaycan prezidentləri bir sıra mühüm sənədlərə imza atacaq və Astanada Heydər Əliyevin adını daşıyan küçənin açılışında iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO