"İşğaldan azad edilən Qarabağda Kurmanqazi adına Mərkəz tikilir. Bu da Qazaxıstan xalqının Azərbaycana hədiyyəsidir".
Bizim.Media qazax mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO
“Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ilə bağlı şəxsi qərarınıza görə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, sizi bu mərkəzin açılışına dəvət etmək istəyirəm”, - deyə İlham Əliyev bildirib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev rəsmi səfərlə Astana şəhərinə gəlib və Prezident Qasım-Jomart Tokayevlə görüşüb.
Bizim.Media