“Caliber” ermənilərin səhnələşdirdiyi tamaşa haqda: “Oyun bitdi” - VİDEO 

“Caliber” ermənilərin səhnələşdirdiyi tamaşa haqda: “Oyun bitdi” - VİDEO 

Hazırda oxunan: “Caliber” ermənilərin səhnələşdirdiyi tamaşa haqda: “Oyun bitdi” - VİDEO 

129713

Ötən həftə Şuşa-Xankəndi yolunda ekoloji terrora qarşı etiraz edən könüllülərin sayıqlığı nəticəsində humanitar avtomobil karvanlarında olan ermənilərin təxribatlarının qarşısının alınması ilə yadda qaldı. 

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir. 

Gələcəkdə istifadə etmək məqsədilə nəzərdə tutulmuş ideoloji isteriya üçün öz vətəndaşlarını qurban vermək nə erməni ideoloqları, nə də onların sahiblərindən ötrü problem olub. Bu, 1988-ci ildə Sumqayıtda da belə idi, 1990-cı ildə Bakıda da.

Belə ki, “Krunk” hərəkatının üzvləri və xüsusi xidmət orqanlarının əməkdaşları yerli erməniləri sadəcə təxribat materialı kimi istifadə edib. Həmin hadisələri KQB-nin (Milli Təhlükəsizlik Komitəsi) təşkil etdiyini isə uzun illər sonra SSRİ Baş Prokurorluğunda xüsusi məsələlər üzrə müstəntiq işləmiş Vladimir Koliniçenko deyib. Eduard Qriqoryanın dəstəsinin Sumqayıtda törətdiklərini isə demək olar ki, hamı bilir.  

Təbii ki, Birinci Dünya müharibəsini də yada salmaq olar. Erməni liderlər və onların qərbdən olan havadarları sonradan təbliğatlarında istifadə etmək və xarici oyunçulardan dəstək almaq üçün öz soydaşlarını öldürməyə hazır olublar.   

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO