Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası ilə bağlı razılıq əldə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə razılıq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın və İranın XİN başçıları arasında telefon danışığı olub
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb.
Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bizim.Media