XİN-dən Ağdaban faciəsi ilə bağlı AÇIQLAMA 

XİN-dən Ağdaban faciəsi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: XİN-dən Ağdaban faciəsi ilə bağlı AÇIQLAMA 

129629

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ağdaban soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb. 

"Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban qətliamından 31 il ötür. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər (8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb) xüsusi amansızlıqla qətlə yetirilib”, - paylaşımda deyilir. 

Xatırladaq ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO