“Çox sevindirici haldır ki, sentyabrın 27-dən etibarən Prezident İlham Əliyev demək olar ki, hər gün nüfuzlu xarici KİV-lərə müsahibə verir, həm Azərbaycan ictimaiyyətini məlumatlandırır, həm də dünyaya vacib mesajlar ötürür”.
Bu sözləri Bizim.Media-ya politoloq Əli Hacızadə Ali Baş Komandan İlham Əliyevin “Fox News”a verdiyi müsahibəsini şərh edərkən deyib. Türkiyə ordusunun Qarabağda gedən döyüşlərdə iştirak etməsi haqqında yayılan fikirləri cəfəngiyat sayan Ə.Hacızadə bunu erməni tərəfinin öz məğlubiyyətlərindən fikir yayındırmaq üçün etdikləri növbəti manevr adlandırıb.
“Əgər Qarabağda türk ordusu olsaydı, döyüşlər Xocavənd və ya Ağdərə ətrafında deyil, İrəvanda gedərdi. Bu mərhələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi siyasi, diplomatik və mənəvi dəstəkdən ibarətdir. Azərbaycan ordusunun istifadə etdiyi türk silahlarına gəldikdə isə, Azərbaycan onlarla ölkənin istehsalı olan silahlardan istifadə edir, bu o demək deyil ki, bütün bu ölkələr Qarabağda Azərbaycan tərəfində döyüşür”.
Politoloq amerikalı jurnalistin guya Azərbaycanın ölkədə olan sosial məsələlərdən və iqtisadi tənəzzüldən fikir yayındırmaq üçün müharəbəyə başlaması haqqında söylədiyi fikirləri qərəzli adlandırıb.
“Azərbaycanın bu cür problemlərini həll etmək üçün müharibə etmək fikri olsaydı, bir neçə il əvvəl vəziyyət daha ağır olanda bu yola əl atardı. Bu cür mülahizələri irəli sürənlər ya gərəzli mövqe tutur, ya da Azərbaycan və bölgədə olan real vəziyyəti bilmir. Əksinə, Qarabağ münaqişəsinin həlli həm Azərbaycanın, həm də bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına təkan verəcək”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:17 / 26.10.2020
“Türk ordusu Qarabağda olsaydı, döyüşlər İrəvanda gedərdi” – POLİTOLOQ
Hazırda oxunan: “Türk ordusu Qarabağda olsaydı, döyüşlər İrəvanda gedərdi” – POLİTOLOQ
Hazırda oxunan: “Türk ordusu Qarabağda olsaydı, döyüşlər İrəvanda gedərdi” – POLİTOLOQ
1296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.