Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla bağlı bəyanat verib.
Bizim.Media xəbər verir ki, bəyanatda qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qəbul etdiyi bəyanat Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.
MÖVZU İLƏ BAĞLI:
“Persona-non-grata” elan edilən İran diplomatlarının ADLARI
Bildirilib ki, bu bəyanat İranın Azərbaycana qarşı növbəti siyasi təxribatıdır.
Qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur və bununla bağlı ittihamlar qəbuledilməzdir.
Bəyanatda Milli Məclis İranı ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən çəkinməyə çağırıb.
Bizim.Media