ABŞ-ın geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrində “Antisemitizmin olmadığı bir yer” sərlövhəli məqalə dərc olunub.
Bizim.Media xəbər verir ki, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə Anti-Diffamasiya Liqasına istinadən bildirilir ki, ABŞ-da antisemitizm bütün zamanların ən yüksək həddinə çatıb.
Antisemitizm təzahürləri əvvəlki ilə nisbətən 36 faiz artıb, eləcə də Avropada və əksər müsəlman ölkələrində vəziyyət daha kirtikdir.
Qeyd olunub ki, antisemit mövqeli ruhanilərin moizələri, antisemit xarakterli kitablar və televiziya verilişləri, sosial mediada antisemit bəyanatlarla müşayiət olunan məqalələr yəhudilərə qarşı zorakılıqlara səbəb olur.
Beyt-Ummarda üç İsrail əsgərinin yaralandığı son terror aktı, İranın Afinada israilliləri hədəfləyən və qarşısı alınmış hücum planı, Huvar və Tel-Əvivdə daha əvvəl baş vermiş hücumlar yaxın zamana aid misallardır.
Eyni zamanda, vurğulanıb ki, Qərbdə antisemitizmin təlqini ABŞ-da Pittsburq, Kaliforniya və Texasdakı sinaqoqlara hücumlar, Almaniyada da sinaqoqlara basqınlar, Fransada dinc yəhudilərin qətli ilə nəticələnib.
Bu cür təlqinlərin təkcə Yaxın Şərqdəki radikal islamçı dünya ilə məhdudlaşmadığını vurğulayan müəllif antisemit təbliğatının Qərbdəki radikal müsəlmanlar, ifrat sağçı neonasistlər və ifrat solçular arasında yayıldığını, bu tendensiyanın bütün dünyada yəhudilər üçün təhlükəli vəziyyət yaratdığını diqqətə çatdırıb.
Qeyd olunanlar fonunda sabiq nazir dünyada yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan kimi Azərbaycanı qeyd edib. O, gecələr sinaqoqların açıq qaldığı yeganə ölkə olan Azərbaycanı dünyada dindar yəhudilərin təqib qorxusu olmadan dini geyimdə küçələrdə sərbəst gəzə bildikləri nadir yer kimi səciyyələndirib.
Müəllifin fikrincə, çoxları inanmaqda çətinlik çəkə bilər ki, Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir yerlərdən biridir, yəhudilər burada növbəti terror aktı və ya antisemitizm təzahürü qorxusu ilə yaşamağa məhkum deyillər.
Sabiq nazir Azərbaycanda olarkən ravvin Zamir İsayevlə görüşdüyünü və sonuncunun antisemitizmin Azərbaycan mədəniyyətinə yad olmasına dair səsləndiridiyi fikirlərdən təsirləndiyini də qeyd edib.
İsrailli politoloqun qənaətincə, antisemitizmin kökünü kəsmək üçün digər ölkələr Azərbaycandan uğurlu multikultural cəmiyyət qurmağın modelini öyrənməlidir.
Belə ki, məhz Azərbaycan antisemitizmin olmadığı, insanların Pasxa, Novruz və digər bayramları bir yerdə qeyd etdikləri cəmiyyət yaratmağa müvəffəq olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:27 / 06.04.2023
İsrailli sabiq nazir: Yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan Azərbaycandır
Hazırda oxunan: İsrailli sabiq nazir: Yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan Azərbaycandır
Hazırda oxunan: İsrailli sabiq nazir: Yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan Azərbaycandır
129262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.