İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir – RƏSMİ 

İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir – RƏSMİ 

Hazırda oxunan: İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir – RƏSMİ 

129226

"İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir".

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq.

“İran özü bundan çox ciddi ziyan çəkə bilər və çəkəcək. Səfirliyimizə qarşı terror aktı, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, İran rejimi müxtəlif sahələrdə olan adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Bunun bir hissəsini isə din adı altında həyata keçirib”, - deyə Mübariz Qurbanlı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO