“Kimsə ağlına gətirməsin ki, Cəmil Həsənli nə vaxtsa Milli Şuranı tərk edəcək

“Kimsə ağlına gətirməsin ki, Cəmil Həsənli nə vaxtsa Milli Şuranı tərk edəcək"

Hazırda oxunan: “Kimsə ağlına gətirməsin ki, Cəmil Həsənli nə vaxtsa Milli Şuranı tərk edəcək"

129106
Bu gün bir sıra mətbu orqanlarda Cəmil Həsənlinin Milli Şuradan istefa verməsi haqda xəbərlər yayılıb.xa0

İddialara görə, buna səbəb Cəmil Həsənlinin xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində iştirak etməsi və bundan sonra Milli Şurada yaranan narazılıqlardır.xa0

Maraqlıdır, yayılan iddialar nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Moderator.az - a açıqlama verən Milli Şuranın Koordinasiya mərkəzinin üzvü, ehtiyyatda olan ədliyyə generalı Vidadi Mirkalamın sözlərinə görə deyilənlər cəfəngiyyatdır:

“Yayılan xəbərlərin heç bir əsası yoxdur, cəfəngiyyatdır. Mən bir neçə dəqiqə bundan öncə Cəmil Həsənli və Əli Kərimli ilə bir yerdə idim. Bir yerdə gedib İntiqam Əliyevi ziyarət etdik. Cəmil Həsənli Milli Şuradadır və kimsə ağlına gətirməsin ki, bu ziyalı nə vaxtsa qurumu tərk edəcək. Bu xəbəri yayanlar Azərbaycanda demokratik düşərgəni istəməyən qüvvələrdi.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO