Ağız dolusu demokratiya, cib dolusu RÜŞVƏT – “Avropa Parlamenti korrupsiya içərisində çabalayırsa...”

Ağız dolusu demokratiya, cib dolusu RÜŞVƏT – “Avropa Parlamenti korrupsiya içərisində çabalayırsa...”

Hazırda oxunan: Ağız dolusu demokratiya, cib dolusu RÜŞVƏT – “Avropa Parlamenti korrupsiya içərisində çabalayırsa...”

129085

Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir. Belə ki, Belçika və Almaniya polis orqanlarının nümayəndələri korrupsiya iddiası ilə bağlı təhqiqat aparmaq üçün Avropa Xalq Partiyasının (AXP) Brüsseldəki qərargahında olublar.  Həmin yoxlamaların Almaniyanın Türingiya şəhərində davam edən araşdırma ilə bağlı olduğu bildirilir. 

Almaniya mediasında yayılan xəbərlərdə qeyd olunur ki, araşdırmalar korrupsiya və rüşvətxorluqda şübhəli bilinən Almaniya Xristian Demokratlar Birliyinin Türingiya vilayəti üzrə lideri Mario Voigta qarşı yönəlib. 

Belə ki, Voigt 2019-cu il seçkiləri dönəmində Avropa Xalq Partiyasında çalışıb. Bildirilib ki, müstəntiqlər Voigtin bu müddət ərzində nə qədər vəsait aldığını və ya mənimsədiyini müəyyənləşdirməyə çalışırlar. 

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Avropa İttifaqının əsas qanunverici orqanı olan Avropa Parlamenti korrupsiya içində çabalayırsa, gör ittifaqın özü nə gündədir: 
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Parlamentində növbəti KORRUPSİYA QALMAQALI - Hakim partiyanın qərargahında POLİS ƏMƏLİYYATI 


“Bundan əvvəl Yunanıstandan olan parlamentin sədr müavini Eva Kalli korrupsiyaya görə həbs olundu. Onunla yanaşı qalmaqalda daha iki deputatın da adı çəkildi. İtaliya, Almaniya, Fransa və Belçikadan olan deputatların bu işdə adları hallanırdı. 

Görünən odur ki, Avropa Parlamentində qalmaqal daha da böyüyür. Başqalarını ittiham edən orqan öncə özü təmiz olmalıdır. Korrupsiya elə bir bəladır ki, dünyanın heç bir ölkəsi hələ ondan qurtulmayıb. Amma onun da bir həddi var. Ən azından qanunverici orqan ondan uzaq olmalıdır.
Buradan görünən odur ki, AŞ PA-nın Azərbaycanla bağlı martın 12-də çıxardığı haqsız qərar da rüşvətlə əldə edilən bir qərar olub. Görünən odur ki, Avropanın özü, Fransa başda olmaqla hələ korrupsiyadan xilas ola bilmir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO