Emoməli Rəhmon və İlham Əliyev arasında danışıqlar başladı - FOTO-VİDEO

Emoməli Rəhmon və İlham Əliyev arasında danışıqlar başladı - FOTO-VİDEO

Hazırda oxunan: Emoməli Rəhmon və İlham Əliyev arasında danışıqlar başladı - FOTO-VİDEO

129058

Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Tacikistan" nəşri yayıb.

Mənbə yazır ki, görüş Düşənbə Millətlər Sarayında keçirilir.

İlham Əliyev qardaş, dost Tacikistana yenidən səfər etməkdən çox şad olduğunu deyib.

"Biz bir çox sahələrdə və beynəlxalq platformalarda, beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq edirik. Və ikitərəfli formatda əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı perspektivlər var", - deyə o, bildirib.

Danışıqların yekunlarına əsasən əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Düşənbəyə bir günlük dövlət səfərinə gəlib. Azərbaycanın dövlət başçısı Tacikistana ilk səfərini 2014-cü ilin oktyabrında edib.


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO