İlham Əliyev “Togg” elektromobilinin sükanı arxasında - FOTO/VİDEO

İlham Əliyev “Togg” elektromobilinin sükanı arxasında - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev “Togg” elektromobilinin sükanı arxasında - FOTO/VİDEO

128920

Xəbər verdiyimiz kimi aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Dağüstü parkda baş tutan təqdimatda ölkəmizin başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Togg” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirdi


“Çox sağ olun, təşəkkür edirəm. İlk növbədə, Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib. Sizə də təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur.

Bu hədiyyəni mənə təqdim etdiyiniz üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm” – deyə Prezident qeyd edib.   

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim edib.  Daha sonra dövlət başçısı “Togg” elektromobilini idarə edib. 
 








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO