Ceyhun Bayramov Qazaxıstanın keçmiş XİN başçısına təşəkkür etdi

Ceyhun Bayramov Qazaxıstanın keçmiş XİN başçısına təşəkkür etdi

Hazırda oxunan: Ceyhun Bayramov Qazaxıstanın keçmiş XİN başçısına təşəkkür etdi

128745

3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Məlumata görə, nazir Ceyhun Bayramov, Muxtar Tleuberdinin dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında strateji xarakter kəsb edən ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qarşı tərəfə təşəkkürünü bildirib. 

Nazir Ceyhun Bayramov, Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO