Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Selçuk Bayraktarı qəbul etdi
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi son illərdə çox böyük nailiyyətlər əldə edib:
"Bu xüsusda “Baykar” şirkətinin fəaliyyəti aparıcı rol oynayır".
Dövlət başçısı şirkətin məhsullarının (PUA) Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.
Bizim.Media