“Ermənistanın davranışları yeni müharibəni labüd edir” – Xarici ekspertlərdən SAVAŞ PROQNOZU

“Ermənistanın davranışları yeni müharibəni labüd edir” – Xarici ekspertlərdən SAVAŞ PROQNOZU

Hazırda oxunan: “Ermənistanın davranışları yeni müharibəni labüd edir” – Xarici ekspertlərdən SAVAŞ PROQNOZU

128610

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra əsas hədəf Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına hesablansa da, Ermənistan siyasi rəhbərliyi və İrəvanın havadarları hər vəchlə sülh müqaviləsinin imzalanmasından boyun qaçırdı. Bəyanatın imzalanmasından keçən müddət ərzində rəsmi İrəvan xain üzünü hər fürsətdə göstərməyə çalışır. 

Bu zamana qədər Xankəndi və ətraf ərazilərdə yaşayan erməni seperatçılar ərazidən çıxarılmalı olsalar da, hələ ki, bunu görmək mümkün deyil.

Tam əksi, Qarabağda yaşayan ermənilərin silahlandırılması davam edir. Düzdür, alternativ silah daşınmasında istifadə edilən Xankəndi-Xəlfəli-Turşsu yolunda artıq Azərbaycan bayrağı dalğalanır və ərazi tam nəzarətdədir. Lakin Xankəndində hələ də seperatçılar qalmaqdadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın arvadı paxırlarını açdı: “44 günlük müharibədə 11 min fərarimiz oldu” - VİDEO


Son proseslər isə yenidən antiterror əməliyyatlarının baş tutmasını labüd edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Ermənistanın davranışları iki ölkə arasında hərbi münaqişəni labüd edir:


“Yaxın vaxtlarda Ermənistanda Avropa Birliyinin müşahidə missiyası öz işinə başlayıb. Bu müşahidə şurasının tərkibinin əksər hissəsi isə diplomatik ad altında gizlənən Qərb xüsusi kəşfiyyatının adamlarıdır. Onlar regiona gəldikdən sonra Ermənistan bölgədə hərbi münaqişələrin ocaqlarını daha da aktivləşdirməkdədir. Buna görə də, ərazidə hərbi münaqişənin baş verə biləcəyi gözləniləndir. 

Rusiya isə bu məqamda əlindən gələn bütün diplomatik məsələləri həll etməyə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Bu istiqamətdə üçtərəfli bəyanatda öz əksini tapan dəqiq müddəalar var. Həmçinin son iki görüşü misal çəkmək olar. Hansı ki, həmin görüşlərdə Rusiya Ermənistan və Azərbaycan başçıları iştirak edib. Görüşlərdə sənədlər imzalanıb və,onların altında Paşinyanın imzası var. Ancaq Ermənistan öz üzərinə düşən öhdəliklərə əməl etmir”.

Vəziyyətin stabilləşməsində yalnız Rusiyanın xüsusi rol oynaya biləcəyinə diqqət çəkən ekspert əlavə edib ki, Putin sülh müqaviləsinin imzalanması üçün yeni addımlar atacaq: 

“Mənə elə gəlir ki, Rusiya diplomatik yollarla əlindən gələni edəcək ki, İlham Əliyevin təklif etdiyi 5 bəndlik sənəd əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Burada o da müşahidə olunur ki, Qərbin basqısı altında Ermənistan bir sıra hallarda Rusiyadan uzaqlaşır. Buna görə də, məncə, Moskva bu anda ciddi bir addım atmalıdır”.

Rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko da müharibə atmosferinin real olduğunu təsdiqləyir:


“Mən elə düşünürəm ki, müharibə hər an ola bilər. Çünki Ermənistan aktiv olaraq silahlanmanı davam etdirir. Bunda Hindistanın da rolu böyükdür. Bu dəfə baş verə biləcək müharibənin fərqli olacağına inanıram. Rusiyanın mövqeyi burada başqa cür olacaq. Həmçinin, İranında mövqeyi tam başqa olacaq. İranın mövqeyi bu səfər möhkəm və prinsipal olacaq. Məncə, bu dəfə müharibə olsa, bu, tək Laçın ərazisində yox, Zəngəzur ərazisində də baş tutacaq.

Əgər Zəngəzur ərazisində müharibə olsa, bu zaman İran çox güman məsələyə qarışacaq. Bunu isə heç də uğurlu ssenari hesab etmirəm. Mən heç də İranı dəstəkləmirəm. İran öz fikrində elə hesab edir ki, guya Azərbaycan keçmiş İran imperiyasının tərkib bir hissəsidir. Bu cəfəngiyatdır. Məncə hər halda Azərbaycanı müharibəyə cəlb etmək istəyirlər. Düşünürəm ki, müharibə olarsa, Rusiya bunun üçün heç bir addım atmayacaq. Çünki Rusiyanın özünün başı indi Ukraynaya qarışıb”.

Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç da hesab edir ki, Ermənistanın sülhdən qaçması onun şəxsi iradəsi xaricində atılan addımdır: 


“Ermənistanın son vaxtlar, yəni 2023-cü il başlayandan bəri fərqli bir siyasət izlədiyinə şahidik. 2022-ci ildə Azərbaycanla sülh imzalamaqda maraqlı olan Ermənistanın son aylarda bundan imtina etdiyini görürük. Bu da o deməkdir ki, Ermənistanı idarə edən bəzi güclər, dövlətlər var. Ermənistanın müstəqil olmadığı aydındır. Burada Fransanın rolunu qeyd edə bilərik. Həmçinin, Rusiya, nə deyirsə, Ermənistan onu edir. Amma Rusiya Ermənistanın siyasətinə başqalarının qarışmasına imkan vermir. 

Ümumi deyə bilərik ki, Ermənistan azad dövlət deyil. Ermənistana bir tərəfdən diaspora, bir tərəfdən kilsə, Fransa, müəyyən qədər Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarının idarə etdiyi bir əyalət və ya şəhər deyə bilərik.

Əks təqdirdə, üçtərəfli bəyanatın şərtlərini yerinə yetirsəydi, bu gün Ermənistan fərqli prizmada olardı. Həmçinin erməni xalqı daha fərqli mərtəbədə olardı. Ermənistan getdikcə itirməkdədir. Azərbaycanın əvvəlki Azərbaycan olmadığını da çox yaxşı anlamalıdırlar. Azərbaycan ordusu daha da təcrübəli, daha da uğurludur. Müharibəni qazanmış Azərbaycanın başında qəhrəman və dünyada xüsusi yeri olan bir Ali Baş Komandan var. Bir həftə içərisində iki sammitin təşkil edildiyi bir Azərbaycan var. Türkiyə ilə çiyin-çiyinə addımlayan Azərbaycan ordusu var. Bunları diqqətə almaq lazımdır”.

Sabiq səfir hesab edir ki, Ermənistanın təxribatçı addımı onlara daha böyük zərbə olaraq geri dönəcək. Bu dəfə Azərbaycan ordusu tarixi torpağı olan İrəvana girə bilər:
 

“Ermənistan hansısa çılğınlıq edərsə, 2020-ci ildə olduğu kimi, bizim tarixi torpaqlarımız olan İrəvanı da hər halda ki, geri almış olacağıq. Buna haqqımız var. Çünki biz sülhdən yanayıq. Sülh üçün şərtlər ortaya qoyuruq. Torpaq bütövlüyünə hörmətimiz var deyirik, lakin bir araya gəlmirik.


Belə bir müharibənin baş tutması həm də o deməkdir ki, tarixi torpaqlarımız bir-birinə qovuşacaq. Türkiyə və Azərbaycan Şuşa bəyannaməsi ilə “Bir millət”, lazım gəldikdə isə “bir dövlət” olmaq üçün yola çıxıb. Əgər Ermənistan liderləri erməni xalqının gələcəyini düşünürlərsə, ən qısa zamanda sülh müqaviləsinin imzalanması üçün biz onların deyil, onlar bizim arxamızca qaçmalıdırlar. Türkiyə və Azərbaycan sülh olduqdan sonra hər cür əməkdaşlığa hazırdır”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO