Qardaşı Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirak etmək üçün Bakıya gələn kinorejisssor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov tarixçi professor, Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşdükdən sonra nəzərlər ona yönəılih ki, o daha hansı siyasi qurum rəhbərləri ilə görüş keçirəcək. xa0
Yeri gəlmişkən, bir zamanlar Milli Şurada təmsil olunan Müsavat Partiyasının rəhbərliyi Rüstəm İbrahimbəyovla görüşməyi planlaşdırırmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, partiyada belə bir görüşün olması barədə müzakirələr aparılmayıb:
“Partiyamızda Rüstəm İbrahimbəyovla görüşmək məsələsi müzakirə olunmayıb. Mən hazırda Bakıda deyiləm. Ona görə də İbrahimbəyovla görş barədə müzakirələrin olub-olmayacağından xəbərsizəm.”x9d




























































































