Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
"31 mart Azərbaycanlıların Soyqırımı Gününü Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qafqaza ermənilərin kütləvi köçürülməsindən sonra, erməni ektremist silahlı qrupları və Ermənistan hökuməti tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilmişdir. Soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilmişdir.
31 mart 1918-ci ildə Bakıda ifrat millətçi Daşnakstyun partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə, tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı törədilmiş geniş miqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.
1905-ci ildən başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olmuşdur. Ermənistan ordusu 1918-20-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş və etnik təmizləmə həyata keçirilmişdir.
Ermənistan ordusunun 1918-ci ildə Qacarlar dövlətinin Xoy, Salmas, Urmiya və Qaradağ bölgələrinə soxularaq oraya pənah aparmış qaçqınları və yerli azərbaycanlıları kütləvi şəkildə öldürməsi bu dövlətin təkcə öz ərazisində etnik təmizləmə aparmaq deyil, həm də azərbaycanlıları bir qrup kimi tamamilə məhv etmək niyyətini sübut edir.
Yüz minlərlə azərbaycanlının öldürüldüyü bu soyqırımı aktları nəticəsində vaxtilə indiki Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulmuşlar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb.
Azərbaycanlıların bütün tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları dağıdılıb. 1897-ci ildə dövlət qeydiyyatına alınmış 269 məsciddən cəmi 1-i salamat qalıb.
Ermənistan BMT-nin Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara tərəf olsa da, irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təşviq edir.
Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq.
Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir.
Həmçinin, Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleynhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişliklərini ləğv etməlidir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:58 / 31.03.2023
Qərbi Azərbaycan İcmasından Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
128236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.