Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb

Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb

Hazırda oxunan: Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb

128150

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.

Prezident Mahmud Abbas ilk öncə Ulu öndər Heydər Əliyevlə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb və salamlarının cənab Prezidentə çatdırılmasını xahiş edib. Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Nazir Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO