“Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq”.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tvitterdə yazıb.
Bununla bağlı Budapeştdə P.Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında görüş keçirilib.
"Əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik. Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq", - nazir yazıb.
Qeyd edək ki, Azərbaycan və Türkiyə bu qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:20 / 30.03.2023
İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq – RƏSMİ
Hazırda oxunan: İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq – RƏSMİ
Hazırda oxunan: İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq – RƏSMİ
128027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.