“Xüsusi xidmət orqanları bu məsələni diqqətdə saxlamalıdır və qətiyyən arxayınlaşmaq olmaz. Terror təşkilatlarında belə bir anlayış var – yatmış özəklər.
Həmin insanlar hamı kimi gündəlik həyatını yaşayır və terror qruplaşması o adamlara aybaay pul ödəyir. Lazım olan anda isə onlara tapşırıq verilir”.
Ağ Partiyanın sədri Tural Abbaslı Bizim.Media-ya son günlər “Daşnaksütyun” ətrafında yaranan söz-söbət barədə münasibət bilrirərkən belə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Daşnakstyün”un sifarişi ilə hazırlanan “Azərbaycan tarixi” kitabı – FOTOFAKT
O qeyd edib ki, Ermənistanın Daşnaksütyun partiyası Azərbaycanın daxilində agentura şəbəkəsi saxlaya biləcəyinə inanmıram.
Buna nə maliyyə imkanları, nə də digər resursları imkan verməz, amma ayrı-ayrı fərdlər müxtəlif vaxtlarda terrora cəlb edilə bilər:
“Ələ almağın da müxtəlif yolları var. Şirnikləşdirici təkliflərlə və ya nə vaxtsa törədilən cinayətin açılma təhdidi sə ola bilər.
Amma belə məsələlərdə Daşnaksütyunun Azərbaycanda daha geniş imkanı olan ad-soyadı bizim isimlərdən heç də fərqlənməyən erməni əsilli vətəndaşlardan istifadə etməsi mümkündür”.
Tural Abbaslı dedi ki, separatçı ermənilər hələ də azərbaycanlıları düşmən kimi qəbul edir və öz iddialarından geri çəkilməyiblər.
Buna görə də media da daxil, bütün insanlar ayıq-sayıq olmalıdır:
“Media məkanı tam mühafizə olunmur, sosial şəbəkələr tam sərbəstdir. Onlar media vasitəsi ilə ölkəmizə sıza bilərlər.
Elə dezinformasiya sızdıra bilərlər ki, cəmiyyətdə çaşqınlıq yaradar, xaosa sürükləyər. II Qarabağ Savaşı zamanı biz bunun şahidi olduq. Bu sahədə də ayıq-sayıq olmaq lazımdır”, - deyə Tural Abbaslı məsələyə münasibətini bitirdi.
Anar Rəhimov, Bizim.Media