Ermənistan müxalifətinin son “barıtı” – Paşinyana siyasi terror hazırlanır

Ermənistan müxalifətinin son “barıtı” – Paşinyana siyasi terror hazırlanır

Hazırda oxunan: Ermənistan müxalifətinin son “barıtı” – Paşinyana siyasi terror hazırlanır

12796

Ermənistan müxalifəti 20 fevralda təşkil etdiyi “kütləvi” mitinqdə öz hədəfinə çatmağı bacara bilmədi.

Lakin müxalifət Paşinyanı hakimiyyətdən devirmək iddiasında israrında hələ də əl çəkməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın müharibə cinayətləri – Öz əsgərlərinə qarşı “psixoloji silah”dan istifadə edib


Növbəti günlərdə də mitinqlərin və küçə nümayişlərinin davam edəcəyini qeyd edən müxalifət partiyaları 22 fevralda yenidən Yerevanın mərkəzində toplaşmağa qərar verib. Nəticə isə dəyişməz olaraq qalıb.

Əhalinin marağını cəlb etməyən aksiya müxalif fəalların qarşılıqlı çıxışları ilə son çatıb. 

Son dövrdəki mitinqlərdəki uğursuzluqlar Ermənistan müxalifətinin nüfuzunu da ciddi ölçüdə sarsıdıb.

Daxildə parçalanma təhlükəsi yaşayan Ermənistan müxalifətinin sıraları get-gedə seyrəlir. 10 noyabr razılaşmasından dərhal sonra başlayan və parlamentin zəbt olunması ilə nəticələnən hadisələrdə 17 siyasi partiya iştirak edirdisə, artıq bu partiyaların sayı hər keçən gün daha da azalır.

 

Əvvəllər vahid müxalifət sıralarından yer alan və parlamentdə təmsil olunan nadir partiyalardan olan “Çiçəklənən Ermənistan” belə artıq müstəqil fəaliyyət göstərir. Hazırda paytaxt Yeravandakı mitinqlərin əsas aparıcı qüvvəsi “Daşnaksütyun” partiyasıdır.


Müxalifətin uğursuzluğunun fonunda Paşinyanın mövqeyi isə dəyişməz olaraq qalır.

Ermənistandakı ən son sorğu nəticələri Paşinyanın yetəri qədər tərəfdara malik olduğunu göstərir.

Lakin bu tərəfdarlar Paşinyanın hakimiyyətini bəyəndikləri üçün yox, onun yerinə gələcək digər namizədlərə güvənmədikləri üçün mövcud situasiyanın saxlanmasından tərəfdardır.

Erməni xalqı daha çox itkilər və ağrı acı yaşamaq istəmir. Qarşıda isə iki seçim var: yeni müharibə istəyi ilə meydanlarda olan müxalifət və belə bir dövrdə Ermənistanı inkişaf etdircəyini və sosial təminat problemləri həll edəcəyini qeyd edən Paşinyan.

Artıq Ermənistan müxalifəti sosial güc etibarilə öz üstünlüyünü itirdiyi kimi, siyasi üstünlüyün də itirib.

10 noyabrda müxalifət ciddi və qəzəbli insan kütləsini idarə edirdi. İndi isə bir qrup müxalif fəal və partiya funksionerinin ümidinə qalıb. Müxalifət parlamentdə də uğursuz olub.

Uzun müddət davam edən istefa tələbləri və mandatdan imtina nəticəsində onsuzda çoxluqda olan “Mənim addımım” fraksiyasının mövqeləri daha da güclənib.

Ümidlərini növbədən kənar seçkiyə bağlayan müxalifət son günlərdə bu imkanı da demək olar ki, tamamilə itirib. 

 

Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin rəhbəri Ruben Rubinyan bu gün verdiyi açılqmada növbədənkənar seçkilərin iki halda keçirilə biləcəyini qeyd edib. Xalqın istəyi olarsa və müxalifətin belə bir tələbi olarsa.


Ancaq Rubinyan bu iki ehtimaldan heç birinin hazırda mövcud olmadığına da diqqət çəkib. Bu isə Ermənistan müxalifətinin həm parlamentdə, həm də meydanlarda uduzduğunun göstəricisidir. 

Müxalifət son nəfəslərini də Yerevan meydanlarında sərf etdiyi bir dövrdə Paşinyan öz sakitliyini qoruyur.

Çünki müxalifətin tədricən uğrusuz olması ən çox onun işinə yarayır. Davam edən proses üfüqdə Paşinyanın qalib olacağını göstərir.

Müxalifətin isə marjinallaşacağı və kiçik qruplar halında ənənəvi etiraz metodunu davam etdirəcəkləri gözləmək olar.

Hazırda müxalifətin qarşısında əl atmaqdan çəkindiyi, ancaq mümkünsüz hesab etmədiyi bir seçim də var. Paşinyana qarşı siyasi terror.

Ermənistanda terrorun köklü ənənələrinin olduğunu nəzərə alsaq, məqsədinə çatmayan müxalifətin bu yola da əl atacağını gözləmək olar.

Son günlərdə Paşinyana qarşı silahlı hücuma cəhd edilməsi də bu məsələdən xəbər verir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO