Ukraynanın nazir müavini Bakıya gəldi

Ukraynanın nazir müavini Bakıya gəldi

Hazırda oxunan: Ukraynanın nazir müavini Bakıya gəldi

12794

Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar Azərbaycana səfərə gəlib.

Bizim.Media həmin ölkənin səfirliyinə istinadən xəbər verir ki, qonaq Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.

Məqsədli sosial-iqtisadi layihələrin, habelə qonşu region və ayrı-ayrı qabaqcıl ölkələrlə sinerjinin həyata keçirilməsi üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətindəki perspektivli istiqamətlər, Aİ və BMT-dəki əməkdaşlıq məsələləri müzakirə olunub.

Ukraynanın QDİƏT-də Azərbaycan və digər tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığı Qara dəniz regionu və dünyanın iqtisadi proseslərində iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradacağı qeyd olunub.

Görüş zamanı həmçinin GUAM çərçivəsində əldə edilmiş müsbət təcrübənin tətbiqinin, eləcə də tərəfdaş-ölkələrin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO