Netanyahu: “Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq” - FOTO

Netanyahu: “Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq” - FOTO

Hazırda oxunan: Netanyahu: “Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq” - FOTO

127936

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildiriblər ki, Baş nazir Binyamin Netanyahu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.  

O, Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. 

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb. 
Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO