Ceyhun Bayramov: “Səfirliyin açılışından sonra Azərbaycan diasporunun fəaliyyəti aktivləşəcək” - VİDEO

Ceyhun Bayramov: “Səfirliyin açılışından sonra Azərbaycan diasporunun fəaliyyəti aktivləşəcək” - VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov: “Səfirliyin açılışından sonra Azərbaycan diasporunun fəaliyyəti aktivləşəcək” - VİDEO

127909

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov İsrail Baş naziri ilə görüşdü - FOTO


Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib.  

Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib. 

Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb.

Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib.

O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib. 
Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər. 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO