Tarixi gün: Azərbaycanın İsraildə səfirliyi açıldı - VİDEO

Tarixi gün: Azərbaycanın İsraildə səfirliyi açıldı - VİDEO

Hazırda oxunan: Tarixi gün: Azərbaycanın İsraildə səfirliyi açıldı - VİDEO

127891

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və  israilli həmkarı Eli Kohen də iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov İsrail Baş naziri ilə görüşdü - FOTO


Tədbirdə həmçinin Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər. 

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. 

Azərbaycanın İsraildəki səfiri vəzifəsini Muxtar Məmmədov icra edəcək. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO