“Korrupsioner məmurların həbsi davam etməlidir” - Araz Əlizadə

“Korrupsioner məmurların həbsi davam etməlidir” - Araz Əlizadə

Hazırda oxunan: “Korrupsioner məmurların həbsi davam etməlidir” - Araz Əlizadə

12771

Keçən il ölkədə baş verən məmur özbaşnalığına qarşı görülən tədbirlər dərin kadr dəyişikliklərinin və islahatların xəbərçisi idi.

Bu ənənə tədricən davam etdirilərək, işində nöqsan buraxan, korrupsiya ilə məşğul olan məmurların adları ictimaiyyətə açıqlanaraq, özləri isə dəmir barmaqlıqlar arasına göndərilib. 

Bəs, ictimai xadimlər, siyasətçilər və digər üzdə olan insanlar bu islahatları necə dəyərləndirir.

Bizim.Media-ya danışan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ölkədə gedən prosesləri yüksək qiymətləndirdiyini və bu cür halların hələ də qalmasını Prezident İlham Əliyevin etimadından sui-istifadə olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

YAP İcra katibliyində dəyişikliklər gözlənilir


“Bu islahatların getməsi Azərbaycanın vəziyyətinin yaxşılaşmasına xidmət edir. Korrupsioner məmurların həbsi də bu cəhətdən baş verir.

Onlar Prezidentin əməyini yerə vururlar. Onun etimadını doğrultmayıb, öz vəzifələrindən sui-istifadə ediblər. Mən ölkədə gedən bu islahatları müsbət qarşılayıram.

Düşünürəm ki, yenilənmə prosesi ölkəni daha da inkişafa doğru aparacaq. Yenə qeyd edirəm, Prezidentin etimadını doğrultmayan və tutduğu vəzifəsindən doğru istifadə etməyən rüşvətxor məmurların həbsi davam etməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO