Dövlət Departamentindən Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı AÇIQLAMA 

Dövlət Departamentindən Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Dövlət Departamentindən Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı AÇIQLAMA 

127547

“ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Erməni tərəfinə kəşfiyyat məlumatlarını Qırmızı Xaç Komitəsi ötürür” - POLİTOLOQ


O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

“Dövlət katibinin əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır.

Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”, - deyə Patel əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO