Bizim.Media Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat verir ki, Ermənistan höküməti II Qarabağ müharibəsi zamanı qanunla qadağa olunmuş müharibə cinayətlərinə yol verib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda hökumət binasının qaşısında Paşinyana “Satqın, eşşək!” dedilər
Bu fəaliyyətlər içərisində əsgərlərə saxta təchizatların paylanması və yalançı ruh yüksəkliyi yaradılması kimi amillər yer alır.
Belə ki, xaricdəki erməni diasporasının maliyyə yardımları ilə təşkil olunan “Hayestan” fondundan ordu üçün lazımlı avadanlıqların və silah sursatın alınması ilə bağlı külli miqdarda pul xərclənilib.
Xərclənən pullar fonddan dövlət büdcəsinə köçürülüb, ancaq təyinatı üzrə xərclənməyib. Alınması nəzərdə tutulan məhslullar əvəzinə daha keyfiyyətsiz və ucuz məhsullar alınıb. Artıq qalan pullar isə mənimsənilib.
Hökümətə yaxın mənbələrin verdiyi məlumata görə, baş nazir Nikol Paşinyan müharibə dövründə ordusunun dəbilqə və zirehli gödəkcə ehtiyyacının təmin edilməsi məsələsinə diqqət göstərməyib.
Qanunlara əsasən təhlükəsizlik tesitindən keçirilməyən dəbilqələrin və zirehli gödəkçələrin orduya paylanması qadağandır. Bu cür testlərin keçirilməsi və məhsulların yararlı olduğunun müəyyən olunması üçün bir müddət vaxt lazımdır.
Ancaq Paşinyan yeni alınan dəbilqə və zirehli gödəkcələrin heç bir yoxlanılma olmadan cəhbəyə göndərilməsi haqqında qərar verib.
Ordu zabitlərinin etirazlarına cavabında Paşinyan dəbilqə və zirehli gödəkcənin sadəcə psixoloji olaraq əsgərləri rahatladacağını, onlarda özlərinə inam yaradacağını bildirib.
Lakin orduya paylanan dəbilqə və zirehli gödəkçələrin heç bir qoruma funksiyası olmadığı da ortaya çıxıb.
Paşinyanın yeni “psixoloji silahı” nəticəsində yüzlərlə erməni hərbi qulluqçusu həlak olub.
Bizim.Media