Şərq də Qərbə qarşı BİRLƏŞİR – “Dünyanın yeni nizama ehtiyacı var”

Şərq də Qərbə qarşı BİRLƏŞİR – “Dünyanın yeni nizama ehtiyacı var”

Hazırda oxunan: Şərq də Qərbə qarşı BİRLƏŞİR – “Dünyanın yeni nizama ehtiyacı var”

127478

Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov mətbuata açıqlamasında bildirib ki, yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri müavinlərinin görüşü baş tutacaq.

"Biz görüşə hazırlaşırıq. Düşünürəm ki, bu, tezliklə baş tutacaq. Buna ümid edirik. İndi Ramazan bayramıdır. Çoxlu digər məqamlar var. Amma iş davam edir. Ümid edirik ki, çox mühüm strateji məqsədə - Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş vasitəçilik missiyamız ümumi uğurumuzla başa çatacaq", - deyə rusiyalı diplomat vurğulayıb.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasovun firincə, 4 ölkə XİN nümayəndələri arasında gözlənilən belə bir görüş yeni geosiyasi şəraitdə yeni müttəfiqlik konfiqurasiyalarının yaradılacağına işarədir:

“Bir halda ki, XİN rəhbərlərinin müavinləri görüşür, deməli onlar yeni əməkdaşlıq, müttəfiqlik formatının tərkibini, tərəflərini və yaxın gələcəkdə yaxınlığın özünü hansı formada əks etdirəcəyilə bağlı müxtəlif variantları müzakirə edəcəklər. 2012-ci ildən bəri Rusiya, Suriya, Türkiyə və İranın fəaliyyəti Yaxın Şərqdə yaradılan islam qruplaşmalarının fəaliyyətinə müqavimət göstərməkdən ibarət olub. Bu dövlətlər nəhayət islam dövlətini aradan qaldıraraq, onun müqəddəratını həll etdilər”. 

Ekspertə görə, indiki məqamda həmin proses hardasa davamını gözləyir:

“Ona görə də 4 dövlətin XİN idarəsi artıq əməli işlərə başlayırlar. Köhnə nizam artıq çökür, Yaxın Şərq, Orta Şərq, Avrasiya məkanı yeni nizama ehtiyaclıdır. Sözügedən 4 dövlət çalışacaq ki, həmin nizamın necə olacağı və onun konturlarının kimlər tərəfindən cızılacağı istiqamətində həmahəng fəaliyyət göstərsinlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO