“Daşnakstyün”un sifarişi ilə hazırlanan “Azərbaycan tarixi” kitabı – FOTOFAKT

“Daşnakstyün”un sifarişi ilə hazırlanan “Azərbaycan tarixi” kitabı – FOTOFAKT

Hazırda oxunan: “Daşnakstyün”un sifarişi ilə hazırlanan “Azərbaycan tarixi” kitabı – FOTOFAKT

12747

“Strabon erməni zədəganlarının təxribatçı ənənəsi və işğalçılığına aid materiallardan istifadə edirdi. Armeniya haqqında coğrafi anlayış I Artaşesin işğallarından sonra yaranıb”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Azərbaycan tarixi” kitabının 1-ci cildində yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Daşnaksütyun”a xidmət edən azərbaycanlılar - SENSASİYA


Əvvəlcə bildirək ki, qədim yunan tarixçisi Strabon eradan əvvəl I əsrdə yaşayıb. 

Məlumat üçün deyək ki, Kiçik Asiya, Yaxın Şərq, Qafqaz, hətta Rusiyada XVIII əsrə qədər erməni adda canlıya rast gəlinməyib. “Armen” isə, bəzi rus alimlərinin araşdırmalarına görə xristianlığın qollarındandır və bu regiona aid deyil.

2012-ci ildə “Azərbaycan tarixi I cild” adı ilə 500 tiraj çap olunan bəhs etdiyimiz kitab isə, “Daşnaksütyun”un Azərbaycandakı üzvlərinə gələn sifarişdir.

Kitabın redaksiya heyətində saxtakarlıq edərək, Ziya Bünyadovun da adı qeyd olunub, amma alimin 1997-ci ildə ölməsi bu dərcin erməni uydurmalarından seçilmədiyini təsdiqləyir.

Adı açıqlanmayan nəşriyyatın direktoru isə, Hacı Əllağa Cəfərlidir. Müəlliflərin AMEA-ya istinad etməsi utanc dolu nəşr barədə şübhələri qabardır. 

Kitabda Albaniya-Armeniya münasibətləri deyə bölmə də mövcuddur. 

Özüm tarix fənnindən imtahan verdiyim, ali məktəbdə tarixi yetərincə oxuduğum və əlavələrdən – rus kitablarımndan da istifadə etdiyim üçün belə paraqrafa hələ rast gəlməmişdim.

Müəllif qeyd edir ki, Şərqi Anadoludakı Van ərazisində Armeniya dövləti olub və işğal nəticəsində Araz çayının şimal sahillərini də zəbt ediblər. Bununla həmin “tarix”çi demək istəyir ki, Qarabağ da nə vaxtsa ermənilərin olub. 

Prezident İlham Əliyevin Paşinyanı gülüş hədəfinə çevirdiyi Münhen debatında erməni liderin isbat edə bilmədiyi Tiqran barədə uydurmaları “Azərbaycan tarixi”ndə təsvir olunub.

Amma kitab tarix falsifikasiyasını yalan yox, həqiqət kimi təqdim edib. Guya erməni Artaşesdən sonra II Tiqran da Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. 

Qeyd edək ki, bu kitabdakı ermənilərə aid bölmələr guya Strabona, reallıqda isə Yeremyana istinad olunub. Erməni tarixçisinə söykənərək Azərbaycan ictimaiyyətinə belə yalanları tirajlıamağın isə bir adı var. O da ...

Kitabdakı erməni təbliğatını fotolarla təqdim edirik.

Məsələyə münasibət bildirmək istəyən tarixçilərin fikirlərini də bölüşməyə hazırıq.

Anar Rəhimov, Bizim.Media 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO