“Ermənistanla sərhəd-buraxılış məntəqələrinin yaradılması qaçılmazdır” - DEPUTAT

“Ermənistanla sərhəd-buraxılış məntəqələrinin yaradılması qaçılmazdır” - DEPUTAT

Hazırda oxunan: “Ermənistanla sərhəd-buraxılış məntəqələrinin yaradılması qaçılmazdır” - DEPUTAT

127135

“Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatlar daşıması bu gün də davam edib. Bu bir daha təsdiq edir ki, Rusiya sülhməramlıları üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən öhdəliklərini yerinə yetirə bilmirlər. Qarabağda hazırda 10 mindən çox qeyri-qanuni erməni silahlıları qalmaqdadır. Digər tərəfdən isə, Ermənistan Qarabağa qanunsuz silah daşımaqda davam edir. Rusiya sülhməramlıları bunun qarşısını almaq əvəzinə əksinə qeyri-leqal silahlanmaya dəstək olurlar”.

Bu fikirləri millət vəkili Vüqar Bayramov Bizim.Media-ya deyib. O, bildirib ki, son hadisələr bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var:

“Sərhəd nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğundur və bu qaçılmaz prosesdir. Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır”.

Millət vəkili onu da qeyd edib ki, sərhəd nəzarət-buraxılış məntəqələrinin yaradılması birbaşa bölgədə sülh və stabilliyin əldə edilməsi baxımdan vacibdir:

“Dayanıqlı sülh yalnız qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınması halında mümkündür. Ermənilərin qeyri-leqal silahlanması isə bölgədə sülhün əldə edilməsi ilə bağlı danışıqlara ciddi zərbə vurmaqla yanaşı, qarşıdurmanın dərinləşməsinə xidmət edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO