“Tərtər işi” üzrə bəraət alanlar təzminat İDDİASI qaldırdılar

“Tərtər işi” üzrə bəraət alanlar təzminat İDDİASI qaldırdılar

Hazırda oxunan: “Tərtər işi” üzrə bəraət alanlar təzminat İDDİASI qaldırdılar

127128

“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxlərdən bir neçəsi maddi və mənəvi ziyana görə təzminat tələb edirlər.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, keçmiş hərbçilər dəymiş ziyana görə ayrı-ayrılıqda iddia qaldırıblar.

Bəraət almış şəxlərdən biri-leytenant Nasif Əliyevin iddiası artıq Nəsimi Rayon Məhkəməsində ictaata qəbul olunub. İddiaya martın 30-da hakim Səməd Cəfərovun sədrliyi ilə baxılacaq.

Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.

Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO