“Azərbaycan Ermənistanı yenidən sülhə məcbur edə bilər” – POLİTOLOQ 

“Azərbaycan Ermənistanı yenidən sülhə məcbur edə bilər” – POLİTOLOQ 

Hazırda oxunan: “Azərbaycan Ermənistanı yenidən sülhə məcbur edə bilər” – POLİTOLOQ 

127028

“Kreml Azərbaycanla Ermənistan arasında sülh yaratma prosesinə durnadan əngəl olmaq istəyir. Səbəb kimi başının bu qədər məşğul olduğu zamanda mahiyyəti qaçırmaqdan qorxur. Azərbaycan isə indiki halda bəzi təxirəsalınmaz tədbirləri həyata keçirməyə çalışır. Ərazimizdə hələ də qalan erməni silahlı qüvvələrin tör-töküntülərini təmizləməkdə israrlıyıq. Bununla əlaqədar hərbi əməliyyatlar gündəmə gələ bilər”.

Bizim.Media-ya açıqlaması zamanı politoloq Qabil Hüseynli belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

PAŞİNYAN: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq”


Politoloq bildirib ki, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları finala yaxınlaşdıqca həm Qərbdə, həm də Rusiyada bərk narahatçılıq yaranacaq:

“Çünki 35 illik bir savaşın sona çatmasında hər iki tərəf pay sahibi olmaq istəyir, çalışırlar ki, əgər savaş yoxsa, burada “sülh göyrərçini” obrazını bir-birlərinin əlindən qapsınlar. Bu da gələcək münasibətlərdə üstünlük əldə etmək cəhdidir. Cənubi Qafqazdan heç kim vaz keçmək istəmir, bu netdir”.

Ekspert qeyd edir ki, Putin bir neçə gün əvvəl Paşinyanla olan telefon danışığında ikincinin qaldırdığı hay-küyə əsasən Azərbaycan Prezidenti İlham Əliyevə zəng də etmişdi. Rusiyanın tərəfsiz şəkildə münsif rolunu oynamaq missiyası artıq başa çatıb:

“Ona görə də tez-tez təxribatlara və ermənilərin əlilə müxtəlif hərəkətlərə baş vururlar. Məsələn, sülhməramlı konvoyunun müşayiətilə ərazilərimizə silah daşıyırlar. Qarabağın erməni icması nümayəndələrinin Bakı ilə birbaşa təmaslar qurmasına əngəl yaradırlar. Yəni Moskva ikibaşlı çıxış edir.

Bir əlilə özünün bölgədə sülh yaratmaqda maraqlı olduğunu göstərməyə çalışır, digər əlilə isə qarşıdurmanın yaranmasına əsaslar yaradır. Siyasi riyakarlıq, yalan danışmaq Rusiya siyasi dairələrinin gündəlik həyat normasına çevrilib. Ona görə də Azərbaycan son qərarı özü verməli olacaq və Bakının bunun üçün gücü kifayət qədərdir. Yəni Azərbaycan Ermənistanı yenidən sülhə məcbur edə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO