Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik və 4 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 74-ə çatıb.
*** 16:44
Ekoaksiya iştirakçıları martın 22-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus dörd yük və iki minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub. Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:40 / 22.03.2023
Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 74-ə çatdı
Hazırda oxunan: Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 74-ə çatdı
Hazırda oxunan: Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 74-ə çatdı
126769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.