Elman Nəsirov:

Elman Nəsirov: "YAP-da islahatlar gedir..."

Hazırda oxunan: Elman Nəsirov: "YAP-da islahatlar gedir..."

12669

 “Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır. Ən əsası odur ki, partiyanı ulu öndər Heydər Əliyev yaradıb. Azərbaycanda siyasi sistemin formalaşması bu partiyanın adı ilə bağlıdır. Partiyanın sədri isə Prezident İlham Əliyevdir”.

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında YAP üzvü olan millət vəkili Elman Nəsirov səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Azərbaycan Partiyası YENİlənir?


Partiyanın fəaliyyətində islahatlar və yeniliklərin reallaşdırılması ilə bağlı sualı cavablandıran YAP-çı deputat dedi ki, ola bilsin ki, YAP etdiyi islahatları bir çox hallarda reklam etməyib:
 

“Amma inanın ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin 40%-dən çoxu gənclərdir. YAP-da islahatlar gedir, yeni kadrlar cəlb olunub. Yəni bunların hamısı var. 


Cənab Prezident 2018-ci ildən yeni dərinləşən irimiqyaslı islahatların anonsunu verib. Həmin vaxtdan islahatların yeni mərhələsi başlayıb. Bütün sahələri əhatə edən isıahatlardan YAP da kənarda qalmayıb. Bu hər zaman olub və bu gün də proses yaşanmaqdadır”.

O ki qaldı YAP qurultayının keçirilmə tarixinə millət vəkili bu barədə məlumatsız olduğunu dilə gətirdi.

Elman Nəsirov mətbuatda kimliyi açıqlanmayan etibarlı mənbəyə istinadla yayılan xəbərlərə heç vaxt münasibət bildirmədiyini əlavə etdi. 

Yeni Azərbaycan Partiyasının öz fəaliyyətinə gəlincə, 
“YAP da hər zaman dəyişiklik və yeniləşmələrdə maraqlı partiyadır. Partiyada islahatlar olub, bu gün də var, gələcəkdə də olacaq. Yeni siyasi reallıqlar mövcuddur ki, YAP buna adekvat olaraq yeniləşməkdədir. 
 

Yeni Azərbaycan Partiyası islahatlara həmişə açıqdır. Pandemiya dövründə çoxsaylı konfrans (onlayn), debatlarımız olub. 


Bəlkə də xəbəriniz yoxdur, amma YAP-da Siyasət Akademiyası fəaliyyət göstərir. Həmin Akademiyanın artıq 2 kursu olub. 4 aylıq kurslardır və iki dəfə keçirilib. Sonuncu belə kurs fevralın 6-da başa çatıb. Bu kurslarda məqsəd, YAP-a ideoloji baxımdan hazırlıqlı gənclər yetişdirməkdir. 

Siyasət Akademiyasının son dərslərində ölkənin hər bir yanından 86 nəfər gənc YAP-çı iştirak edib”.

Millət vəkili bildirdi ki, sayca üçüncü olan növbəti 4 aylıq kurslar da yaxında start götürəcək.

Elman Nəsirov bütün bunları YAP-da aparılan islahatların nəticəsi adlandırdı.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO