ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin rəsmisi 22 mart - 7 aprel tarixlərində Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.
Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.
"Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla, transmilli çağırışlarla bağlı müzakirələr aparacaq.
Dövlət katibinin köməkçisi Sison həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək", - deyə Dövlət Departamentinin məlumatında qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:58 / 21.03.2023
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək
Hazırda oxunan: ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək
Hazırda oxunan: ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək
126628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.