Prezident Azad Cəfərlini rəis təyin etdi – SƏRƏNCAM

Prezident Azad Cəfərlini rəis təyin etdi – SƏRƏNCAM

Hazırda oxunan: Prezident Azad Cəfərlini rəis təyin etdi – SƏRƏNCAM

12658

Prezident İlham Əliyev A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media sərəncamın mətnini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin xüsusi nümayəndəliklərində yeni ştatlar yaradıldı - FƏRMAN


Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.

Azad Məhyəddin oğlu Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin 1999-cu ildə "Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə "Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi dərəcələrini alıb.

"İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib.

Həmçinin, beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.

Son təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO