Mehriban Əliyevadan Novruz TƏBRİKİ  

Mehriban Əliyevadan Novruz TƏBRİKİ  

Hazırda oxunan: Mehriban Əliyevadan Novruz TƏBRİKİ  

126428

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, Birinci vitse-prezident “Instagram” hesabında etdiyi paylaşımda bunları qeyd edib: 

"Əziz bacılar və qardaşlar! 

Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! 

Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun! 

Dərin hörmət və sevgilərlə, 

Sizin MEHRİBAN". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO