Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiyası haqqında Qanun imzalayıb.
Bizim.Media xəbər verir ki, sənəd Rusiyanın hüquqi informasiya rəsmi internet portalında dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Qeyd edək ki, sənəd 2022-ci il aprelin 26-da Bakıda imzalanıb.
Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər. Qanun bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.
Bizim.Media