“Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.
“Artıq Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb.
İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - dövlət başçısı vurğulayıb.
Bizim.Media