Prezident:

Prezident: "Xalqımıza Novruz təbriklərimi Qarabağdan deməyim böyük xoşbəxtlikdir" - VİDEO

Hazırda oxunan: Prezident: "Xalqımıza Novruz təbriklərimi Qarabağdan deməyim böyük xoşbəxtlikdir" - VİDEO

126215

“Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

“Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.
İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini vurğulayan Prezident İlham Əliyev xalqımıza yeni-yeni uğurlar və qələbələr arzulayıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO