“Ermənilər soyuq su içsinlər”x9d

“Ermənilər soyuq su içsinlər”x9d

Hazırda oxunan: “Ermənilər soyuq su içsinlər”x9d

125910
İşğalçı Ermənistanın xarici işlər naziri Nalbəndyan Rusiyanın Azərbaycana silah satmasından narahatlığını dilə gətirib.

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Nalbəndyanın söylədiklərinə öz fikirlərini bildirib: “Mətbuatda son günlər Rusiyanın kreditlə Ermənistana silah satmasıyla bağlı məlumatlar yayılıb. Azərbaycan rəsmiləri bu barədə reaksiyalarını elə də kəskin formada bildirmədilər. Amma görürəm ki, Azərbaycana silah satılmasıyla bağlı informasiyalar deyəsən, Nalbəndyana pis təsir göstərib.

Rəsmi Moskva iki dövlətlə münasibətlərini pozmamaq üçün, həm Azərbaycana, həm də Ermənistana silah satır. Əslində Rusiya cox gözəl bilir ki, Ermənistan Azərbaycan qədər güclü dövlət deyil. Azərbaycanın hərbi imkanları və hərbi büdcəsi hər il artır. Ermənistanın isə belə imkanları yoxdur və günü-gündən sosial-iqtisadi vəziyyəti daha da pisləşir. Ona görə də Rusiya Ermənistana kredit vasitəsilə silah satır. Təbii ki, istənilən ölkəyə silah satması və yaxud bu məqsədlə kredit ayırması Rusiyanın öz hüququdur . Amma erməni siaysətçiləri Rusiyanın bizə silah satmasından narahat olub Rusiyadan inciyirlərsə, getsinlər soyuq su içsinlər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO